Yığmamız ilk dəfə səmti müəyyən etmə idman növü üzrə dünya çempionatında
Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının təşkilatçılığı ilə iyulun 6-dan 14-dək Finlandiyanın Vuokatti şəhərində səmti müəyyən etmə idman növü üzrə dünya çempionatı keçiriləcək.


Çempionatda dünyanın 74 ölkəsindən idmançılar qatılacaqdır. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkəmiz çempionatda iştirak etmək üçün Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyası tərəfindən rəsmi dəvət alıblar.

Azərbaycanın milli yığması çempionatda iştirak etmək üçün artıq Finlandiyadadır. Azərbaycanı beynəlxalq yarışda təmsil edəcək milli yığma 4 idmançı, 1 məşqçidən ibarətdir.

Xəritə üzrə verilmiş istiqamətdə uzun və orta məsafələrdə qaçış, sprint və estafet yarışlarının keçirilməsi nəzərdə tutulan dünya çempionatının rəsmi açılış mərasimi iyulun 6-da baş tutacaqdır.

Xəbər 664 dəfə oxundu.