Eyyub Əliyev “Neftçi”dən gedəcək
Hazırda “Neftçi”nin heyətində Avstriyada təlim-məşq toplanışında olan gənc qapıçı Eyyub Əliyevi vətən çağırır. Oyunçu hərbi xidmətə getməlidir. Bu məqsədlə Eyyub iyulun 15-də Salyandakı N saylı hərbi hissəyə yollanacaq.

Qeyd edək ki, Eyyub ötən mövsümü icarə əsasında “Simurq”da keçirib.

Xəbər 1009 dəfə oxundu.