"2013 Yıldız Qızlar Balkan Çempionatı" nın qalibi bəlli oldu
Türkiyə özünün ev sahibliyi etdiyi Yıldız Qızlar Balkan Çempionatında qalib olublar.

İdman.com.az saytı xəbər verir ki, bu çempionatda qardaş ölkənin komandası yaxşı oyun nümayiş etdirərək, rəqib komanda olan Yunanıstanı 3:2 hesabı ilə məğlub ediblər. Bununla da türklər adlarını finala yazdıraraq "2013 Yıldız Qızlar Balkan Çempionatı" nın qalibi olublar.

Qeyd edək ki, Tekirdağ Atatürk idman salonunda təşkil olunmuş çempionatının final matçında setlər 23-25, 16-25, 25-20, 25-15 və 16-14 olub.


Aynurə

Xəbər 1098 dəfə oxundu.