“Qəbələ” – “Metallurq” oyunu heç-heçə ilə yekunlaşıb
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” futbol komandası hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununu keçirib.

Bölgə təmsilçisi ötən mövsüm Ukrayna Premyer Liqasında çıxış etmiş Zaporojyenin “Metallurq” komandası ilə qarşılaşıb.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdır. “Qəbələ”nin heyətində Nizami Hacıyev fərqlənib.

Qeyd edək ki, bu baş məşqçi Yuri Syominin yeni komandasında ilk sınağıdır.

Xəbər 770 dəfə oxundu.