Manca istefa verdi
İtaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Devis Manca istefa verib. Yığmanı Avropa çempionatı-2013-ün finalınadək daşıyan mütəxəssis bunu klubda çalışmaq istəyilə əlaqələndirib. Mancanı bu postda Luici Di Byaco əvəzləyib. 42 yaşlı Di Byaco 2011-ci ildən İtaliyanın U-20 komandasını çalışdırırdı.

Qeyd edək ki, Luici Di Byaco futbolçu karyerasında “Latsio”, “İnter” və “Roma” kimi klubların şərəfini qoruyub.

Xəbər 1073 dəfə oxundu.