Bred yeni baş məşqçi kimi
«Boston» komandasının yeni baş məşqçisi Bred Stivens təyin edilib.

İdman.com.az saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti geniş məlumat verib. Razılaşmanın xırdalıqları ilə bağlı isə heç bir məlumat verilmir.

Qeyd edək ki, Stivens bu postda Klippersə yollanan Dok Riversi əvəz edib. 36 yaşlı mütəxəssis «Batler» tələbə komandasına rəhbərlik etməsi ilə tanınır. Stivens 1973-cü ildən bəri NCAA komandası ilə finala yüksələn ən gənc mütəxəssis olub. 2011-ci ildə o tələbə liqasının ən yaxşı məşqçisi seçilib.

Xəbər 1061 dəfə oxundu.