Fransalı hücumçu “Kuban”a keçdi
“Oser” və “Liverpul”un sabiq futbolçusu Cibril Sisse karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək. Fransalı hücumçu “Kuban”a keçib.
Krasnodar klubu 31 yaşlı oyunçu ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Sisse peşəkar futbol karyerasına “Oser”də (1998-2004) başlayıb. Daha sonra o, “Liverpul” (2004-2006), “Marsel” (2006-2009), “Sanderlend” (2008-2009), “Panatinaikos” (2009-2011), “Latsio” (2011-2012) və KPR (2012-2013) kimi klubların şərəfini qoruyub.

Xəbər 701 dəfə oxundu.