“Sumqayıt” klubu Gürcüstana itki ilə yollanacaq
“Sumqayıt” klubu təlim-məşq toplanışının ikinci mərhələsi üçün Gürcüstana itki ilə yollanacaq. Belə ki, komandanın kapitanı Samir Abbasov zədə üzündən hazırlıq prosesində iştirak etməyəcək. Onun iyulun 15-də başlayacağı fərdi məşqlər 10 gün davam edəcək. Abbasovdan fərqli digər zədəli Orxan Əliyev komanda ilə birgə olacaq. O, bərpa prosesini Gürcüstanda davam etdirəcək.

Qeyd edək ki, toplanış iyulun 10-da başlayıb, 21-də yekunlaşacaq.

Xəbər 692 dəfə oxundu.