Manu yeni müqavilə imzalayacaq
Аrgentinalı müdafiəçi Manu Jinobili öz tvitter səhifəsində yeni müqaviləsi haqda məlumat yazıb.

İdman.com.az saytının məlumatına görə, basketbolçu San Antonio ilə 2 illik sözləşmə imzalayacaq.

Əlavə edək ki, 2002-ci ildən bəri idmançı o, Sporsun heyətində çıxış edir.Texas komandasının heyətində müdafiəçi 3 dəfə NBA çempionu olub. Ötən mövsüm isə 35 yaşlı basketbolçunun göstəriciləri 11,8 xal, 3,4 ribaund, 4,6 ötürmə və 1,3 topalma olub.

Xəbər 1117 dəfə oxundu.