Rail “Dənizlispor”dan ayrıldı
Azərbaycan milli komandasının sabiq üzvü Rail Məlikovun “Dənizlispor”dan ayrılıb, “Qəbələ”yə keçməsi Türkiyədə şok effekti yaradıb. Railin sabiq klubu ilə bağlı mütəmadi olaraq, məlumat hazırlayan “denizlispor.biz” saytı Railin seçiminə belə şərh verib: “Dənizlispor” şokda: Rail Məlikov “Qəbələ” ilə anlaşdı”. Türklər Railin Dənizli təmsilçisində daha bir qalacağına əmin imişlər. amma müdafiəçison anda fikrini dəyişib.

Dənizli klubunun azarkeşləri eyni zamanda, Railə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzu ediblər.

Xəbər 735 dəfə oxundu.