“Neftçi” üçüncü yoxlama oyununa çıxacaq
Avstriyada təlim-məşq toplanışını davam etdirən Bakının “Neftçi” futbol komandası bu gün hazırlıq prosesi çərçivəsində üçüncü yoxlama oyununa çıxacaq.

Baş məşqçi Böyükağa Hacıyev yetirmələrini bu dəfə Almaniyanın “Energie Cottbus” klubu ilə görüşdə sınayacaq. “Energie Cottbus” Almaniyanın ikinci Bundesliqasında çıxış edir.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Rusiyanın “Volqa” klubu ilə qarşılaşmada 0:1 hesabı ilə məğlub olmuş, Almaniyanın “Wacker Burghausen” kollektivinə isə qalib gəlib – 3:0.

Xəbər 746 dəfə oxundu.