Sezar Kasilyas forması ilə olmasının səbəbini açıqladı
Julio Sezar Konfederasiyalar kubokunu qazandıqdan sonra qızıl medalı aldığı zaman Kasilyas forması ilə olmasının səbəbini açıqladı:
"Oyun başa çatdıqdan sonra İkerlə formalarımızı dəyişdik. Kasilyasa hər zaman böyük hörmətim olub və oyununa heyran olmuşam. Buna görə də bu mənim üçün böyük şərəf oldu. Son mövsümdə İker çətin anlar yaşadı. Buna oxşar hadisə mənimlə də baş vermişdi. Buna görə medalı Kasilyasın formasında almaq istədim".

Xəbər 872 dəfə oxundu.