«Qarabağ» inamlı başladı
İyunun 30-da Azərbaycanın iki klubu – «Qarabağ» və AzAL Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizəyə başlamaqla yeni futbol mövsümünün startını verdilər.

Ağdam təmçilçisi Litvada «Banqa»nın qonağı oldu. Oyunu yüksək səviyyədə keçirən komandamız səfərdə 4:0 hesablı qələbə qazanmaqla ilk mərhələnin taleyini demək olar ki, həll edib. “Qarabağ” cavab oyununu iyulun 7-də Bakıda qəbul edəcək. Sonrakı mərhələyə adlasa, komanda Farer adalarına yola düşəcək və iyulun 14-də «Streymur»un qonağı olacaq. Düz bir həftə sonra yenidən Bakıda rəqibini yarışdan kənar qoymağa çalışacaq.
Belarus «Minsk»ini yenicə istifadəyə verilmiş arenasında qəbul edən AzAL isə “Qarabağ”dan fərqli olaraq rəqibin müqavimətini qıra bilməyib - 1:1. Bu isə AzAL-ın bir həftə sonra Minskdə keçirəcəyi təkrar oyunda işini xeyli çətinləşdirib.
Ümumiyyətlə dünən keçirilən qarşılaşmalarda aşağıdakı hesablar qeydə alınıb:
AZAL (Azərbaycan) - “Minsk” (Belarus) – 1:1
“Banqa” (Litva) - “Qarabağ” (Azərbaycan) – 0:4
“Trans” (Estoniya) - “Rabotniki” (Makedoniya) – 1:4
“Rad” (Serbiya) - “Tre Penne” (San-Marino) – 6:0
“Dauqava” (Latviya) - “Tromsö” (Norveç) – 0:5
“Elfsborq” (İsveç) – Eş (Lüksemburq) – 4:0
“Honka” (Finlandiya) - “Kalyu” (Estoniya) – 0:0
“Varajdin” (Xorvatiya) - “Lusitanos” (Andorra) – 5:1
“Ferenşvaroş” (Macarıstan) - “Uliss” (Ermənistan) – 3:0
“Banans” (Ermənistan) – “Metallurq” (Gürcüstan) – 0:1
“Santa Koloma” (Andorra) - “Paksi” (Macarıstan) – 0:1
“Olesund” (Norveç) - “Nit” (Uels) – 4:1
“Dinamo” (Gürcüstan) - “Milsami” (Moldova) – 2:0
“Spartak” (Slovakiya) - “Zeta” (Çernoqoriya) – 3:0
“Fulafyordur” (Farer adaları) - “Reykyavik” (İslandiya) – 1:3
“Vestmannaeyar” (İslandiya) - “Sent Patriks” (İrlandiya) – 1:0
“Keryenq” (Lüksemburq) - “Hakken” (İsveç) – 1:1
TNS (Uels) - “Kliftonvill” (Şimali İrlandiya) – 1:1
“Fulhem” (İngiltərə) - “Runavik” (Farer adaları) – 3:0
“Yagelloniya” (Polşa) - “İrtış” (Qazaxıstan) – 1:0
“Birkirkara” (Malta) - “Vlajniya” (Albaniya) – 0:1
“Renova” (Makedoniya) - “Qlentoran” (Şimali İrlandiya) – 2:1
“Koper” (Sloveniya) - “Şaxtyor” (Qazaxıstan) – 1:1
“Şiroki Briyeq” (Bosniya və Herseqovina) - “Olimpiya” (Sloveniya) – 0:0
“Buduçnost” (Çernoqoriya) - “Flyamurtari” (Albaniya) – 1:3

Xəbər 1304 dəfə oxundu.