“Neftçi” nin növbəti oyunu | |
"İnqolştad" klubunun meydançaya çıxmaqdan imtinasına baxmayaraq, “Neftçi”nin planı pozulmayıb. Belə ki, “Neftçi” bu gün növbəti oyununa çıxacaq. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” ikinci Bundesliqa klubu “Enerqi Kotbus”la üz-üzə gələcək. Oyun “Neftçi”nin məskunlaşdığı otelin meydançasında reallaşacaq. Məlumat üçün deyək ki, “Enerqi”nin ləqəbi Die Lausitzerdir. Komanda son mövsümdə 8-ci yeri tutub. Alman təmsilçisinin prezidenti Ulrix Lepş, baş məşqçisi isə Rudolf Bommerdir. Məlumat üçün deyək ki, hazırda “Neftçi”nin şərəfini qoruyan makedoniyalı İqor Mitreski “Enerqi”də oynamış ən məşhur oyunçular sırasındadır. |
|
Xəbər 969 dəfə oxundu. |
|
|