“Oyunda qələbə qazanmaq istəyirdik”
“Slima” ilə oyunda qələbə qazanmaq istəyirdik. Amma bu, alınmadı. Meydançanın da vəziyyəti yaxşı deyildi. Oyunumuza birbaşa təsir etdi”. -bu sözləri “Xəzər Lənkəran” klubunun müdafiəçisi Rasim Ramaldanov deyib.

Cənub klubunun yeni transferi Ramaldanov Maltada “Slima”ya qarşı keçirilən oyunda ehtiyatda qalmasının səbəbini bizim üçün açıqlayıb: “Hər hansı bir problemim yoxdur. Mən 90 dəqiqə oynamağa hazıram. Amma meydançaya oyunun gedişində daxil oldum. Bu, baş məşqçinin qərarıdır. Baş məşqçi Con Toşak bu qədər oynamağımı istədi”.

Qeyd edək ki, “Slima” – “Xəzər Lənkəran” oyunu 1:1 hesabı ilə başa çatıb.

Xəbər 715 dəfə oxundu.