“Barselona” cəhdlərini davam etdirir
“Barselona” rəhbərliyi PSG-nin müdafiəçisi Tyaqo Silvanı transfer etmək üçün cəhdlərini davam etdirməkdədir.

İdman.com.az saytının məlumatına görə, bununla bağlı hətta katalonlar parislilərə ilk təklifi artıq göndəriblər. Təklifin 32 milyon avro dəyərində olduğu bildirilir. Lakin belə güman olunur ki, PSG bu təklifi qəbul etməyə də bilər, çünki komanda özü Silvanı daha böyük qiymətə alıb.

Futbolçunun agenti Paulo Tonetto isə “Barselona” kimi bir komandanın təklifini qəbul etməməyin ağılsızlıq olduğunu bəyan edib.

Xəbər 753 dəfə oxundu.