“Roma” Maykonu transfer etmək niyyətindədir | |
“Roma” klubu “Mançester Siti”nin müdafiəçisi Maykonu transfer etmək niyyətindədir. İtaliya təmsilçisi 31 yaşlı braziliyalı futbolçunun əvəzində “şəhərlilər”ə 27 yaşlı argentinalı hücumçu Pablo Osvaldonu təklif edib. Maraqlıdır ki, Maykon ötən mövsüm cəmi 9 oyunda meydana çıxdığı halda Osvaldo 29 görüşə 16 qol vurub. |
|
Xəbər 851 dəfə oxundu. |
|
|