Radvanska və Lisiski yarı finaldadır
Vimbledon Tennis Turnirinin tək qadınlardan ibarət 1/4 final oyunlarında artıq 2 yarı finalçı oyunçuların adları bəlli olub.

İdman.com.az saytının məlumatına görə, növbəti yarı finalçı polşalı Aqnieszka Radvanska olub. O, çinli tennisçi Li Nayı 2-1 hesabı ilə məğlub edərək yarı finala yüksəlib.

Digər yarı finalçının isə oyunda diqqətləri ən çox üzərinə çəkən əslən alman oyunçusu Sabina Lisiskidir. Tennisçi 1/4 final oyunlarında Estoniyalı Kaiya Kanep ilə qarşılaşıb. Rəqib üzərində rahat qələbə qazanan oyunçunun növbəti rəqibi isə Aqnieszka Radvanska olacaq.

Aynurə

Xəbər 1263 dəfə oxundu.