Avropa Liqası yarışlarının ilk oyunları
İyulun 2-də futbol üzrə Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Azərbaycanı bu turnirdə təmsil edən Ağdamın “Qarabağ” komandası da ilk oyununu keçirib. Ağdam təmsilçisi Makedoniyanın “Metallurq” (Skopye) komandası ilə qarşılaşıb.

Skopyedəki “Filip II” stadionunda keçirilən oyun “Qarabağ”ın minimal üstünlüyü ilə başa çatıb – 0:1.
Danimarkalı baş hakim Lars Kristoffersen idarə etdiyi oyunda Reynaldo fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər 716 dəfə oxundu.