“Qarabağ” və “Xəzər Lənkəran”dan uğurlu start
Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçlar keçirilib. İdman.com.az saytı xəbər verir ki, Ağdamın “Qarabağ” klubu səfərdə Makedoniya “Metallurq”u ilə görüşüb. Üstün oyun nümayiş etdirən “ağlar” yekunda Balkanlarda qələbə qazanıb – 1:0. Bu komandalar arasında cavab qarşılaşması iyulun 11-də Bakıda baş tutacaq.

Ötən mövsüm ilk dəfə avrokuboklarda mərhələ adlayan “Xəzər Lənkəran”, yenə həmin uğura yetişməyə yaxındır. Maltada yerli “Slima” ilə görüşən “ağ-yaşıllar”, qələbəni son 28 dəqiqədə əldə veriblər – 1:1.
Bu klublar arasında cavab matçı iyulun 11-də Lənkəranda keçiriləcək.

Avropa Liqası, I təsnifat mərhələsi
2 iyul, çərşənbə
İlk oyun

“Metallurq” (Makedoniya) – “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Reynaldo, 64

“Slima” (Malta) – “Xəzər Lənkəran” (Azərbaycan) - 1:1
Qol: Oxavuçi, 62 - Nildo, 14
Qırmızı vərəqə: Elnur Allahverdiyev, 83

Xəbər 1077 dəfə oxundu.