Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun idman jurnalistlərinə təbriki
Azərbaycan Respublikasının gənclər və idman naziri

Azad Rəhimovun idman jurnalistlərinə təbriki

Əziz idman jurnalistləri!

Sizi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi adından 2 iyul - beynəlxalq idman jurnalistikası günü münasibətilə təbrik edirəm.

Bildiyiniz kimi, hər il iyulun 2-i Beynəlxalq İdman Jurnalistikası Günü kimi qeyd edilir. 1924-cü ilin bu günü Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) yaradılmışdır.

Sevindirici haldır ki, gələn il AIPS-in 90 illik yubileyi ərəfəsində, təşkilatın 77-ci konqresi məhz Azərbaycan paytaxtında keçiriləcək.

Bu gün idman jurnalistlərimiz, həm mətbuatımızın, həm də idman ictimaiyyətimizin layiqli üzvünə çevrilmişlər. Hazırda ölkəmizdə, xüsusi idman telekanalı, 10-dan çox idman nəşri, onlarla idman xəbər portalları fəaliyət göstərir. Bundan başqa bütün telekanalar və digər KİV-lər idman mövzusuna böyük diqqət yetirirlər.

Əziz idman jurnalistləri!

Sizin hər birinizi, peşə bayramınız münasibətilə təbrik edir, hamınıza can sağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.


Xəbər 923 dəfə oxundu.