"Mançester Siti" Fredi istəyir
İngiltərənin "Mançester Siti" klubu Braziliya millisinin və "Fluminense"nin hücumçusu Fredə "elçi" düşüb.

Mançester təmsilçisi komandadan ayrılan Karlos Tevezin yerini məhz Fredlə doldurmaq niyyətindədir.

İngilis klubu Konfederasiyalar kubokunda özünü ən yaxşı tərəfdən göstərən Fredlə artıq danışıqlara başlayıb. 29 yaşlı futbolçu hələlik bu təklifə heç bir münasibət bildirməyib.

Qeyd edək ki, Fred ötən mövsüm Braziliya çempionatında 28 oyun keçirib və 20 qola imza atıb.

Xəbər 914 dəfə oxundu.