Beynəlxalq İdman Jurnalistləri Günü
2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur. Məhz bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb.

1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın artıq 86 yaşı tamam olur. Assosiasiyaya 150-dən artıq ölkənin milli təşkilatı üzvdür.

İdman.com.az-ın kollektivi idman jurnalistlərini peşə bayramı münasibəti ilə təbrik edir, həmkarlarına peşə fəaliyyətində uğurlar arzulayır.

Xəbər 1691 dəfə oxundu.