Neymar və Xordi Alba əməliyyat olunacaq | |
"Barselona"nin yeni transferi Neymarla Xordi Alba bıçaq altına yatacaq. İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, hər iki futbolçu boğazındakı problem səbəbindən əməliyyat olunacaq. Bu barədə Neymar verdiyi açıqlamada boğazındakı problemin hər zaman onu narahat etdiyini bildirib: "Buna görə də bir dəfəlik bu problemi həll etmək üçün əməliyyat olunmağım lazımdır". Qeyd edək ki, hər iki oyunçunun yeni mövsüm öncəsi "Lex"lə yoldaşlıq matçına yetişəcəyi bildirilir. |
|
Xəbər 887 dəfə oxundu. |
|
|