“Simurq” bir məşq keçdi
Kartepedə yerləşən “Green Park” otelində məskunlaşan “Simurq” hazırlıqlarını plana uyğun davam etdirir. zaqatalalılar dünən bir məşqə çıxıb.

Səhər hazırlığı əvvəlcə fitness zalda başlayıb. Bir saat fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında məşq edən Zaqatala təmsilçisi, daha sonra otelin meydançasına yollanıb. Uzun məsafəli qaçışdan və isinmə hərəkətlərindən sonra iki qrupa bölünüb. Sonda isə qapıya zərbələr yerinə yetirilib. Bununla günlük hazırlıq tamamlanıb və məşqçilər korpusu yetirmələrinə istirahət verib.

Xəbər 1085 dəfə oxundu.