"Fənərbaxça" klubunun daha bir azarkeşi qətlə yetirilib
Türkiyənin "Fənərbaxça" klubunun daha bir azarkeşi qətlə yetirilib.

İdman.com.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə dünən azarkeşlərin UEFA-ın İstanbul təmsilçisinə verdiyi cəzaya qarşı keçirilən etiraz aksiyasında baş verib. Kadir Ökçesiz adlı azarkeş başqa bir azarkeş tərəfindən bıçaqlanaraq öldürülüb.

Bundan başqa Cenk adlı azarkeşində bıçaqlandığı və ağır yaralandığı bildirilib.

Qeyd edək ki, mayın 13-ü Türkiyə superliqasında "Fənərbaxça" - "Qalatasaray" matçında da "Fənər"in Burak Yıldırım adlı azarkeşi qətlə yetirilimişdi. Qatilin isə "Cim-bom" tərəfdarının olduğu təsdiqlənmişdi.

Xəbər 1035 dəfə oxundu.