Nikolovdan Toşaka dəstək
"Yaxınlarda cənab Toşakın fikrini oxudum. Onun "Peşəkar Futbol Liqası hər oyunda komandalara yeni toplar verməlidir" fikirlərini nəzərdə tuturam. Prinsipcə, burada hər şey doğrudur. Bu, oyun keyfiyyətini daha da yaxşılaşdıracaq".

Bu sözləri "İnter" klubunun prezidenti Georgi Nikolov klubun rəsmi saytına açıqlamasında deyib.

Premyer Liqada komandaların köhnə toplarla oynamağından narazı qaldığını bildirən Nikolov bu barədə daha sonra belə deyib:

"Ola bilər ki, siz bilmirsiniz, ancaq peşəkar tennisdə 1 oyunda toplar bir neçə dəfə dəyişdirilir. Bu, ilk dəfə 9, sonradan isə 7 hissədən sonra olur. Heç kim də bundan gileylənmir. Doğrudanmı Con Toşak fikirləşir ki, PFL klublara bütün bunu pulsuz təqdim edəcək? Mən inanmıram. Bütün bunlar peşəkar dəbdəbədir və klubların hamısının büdcə çantasında asılı qalacaq".

Xəbər 901 dəfə oxundu.