Pikeyə görə Şakiraya lağ etdilər
İspaniya milli komandasının futbolçusu Jerard Pikenin sevgilisi olan pop ulduz Şakira Konfederasiyalar kubokunun final matçında azarkeşlər tərəfindən hədəfə alınıb.

Buna Pike səbəb olub. Futbolçunun rəqib oyunçu Neymara qarşı kobud oynaması və 68-ci dəqiqədə oyundan qovulmasından sonra yerli azarkeşlər Şakiranı lağa qoyub. Onlar "VİP"dən matçı izləyən müğənniyə əllə jest etməklə öz reaksiyalarını göstəriblər.

Qeyd edək ki, sözügedən qarşılaşmada Braziliya İspaniyanı 3:0 hesabı ilə məğlub edib.

Xəbər 893 dəfə oxundu.