"Slaven Blice çox güvənirəm"
Beşiktaş klubunun başçısı Fikret Orman qara-ağlı qrupun yeni texniki direktoru təyin olunmuş Slaven Blice çox güvəndiyini bildirib.

İdman.com.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Orman qara-ağlı klubun aylıq nəşr orqanı olan Beşiktaş jurnalındakı yazısında bunları qeyd edib: "Hədəfimiz hər zamankı kimi yüksək büdcəli transferlər və populizm olmadan, Beşiktaş ruhunu mənimsəyəcək, tərinin son damlasına qədər formamızı geyinəcək texniki heyət və bu futbolçularla neçə uğurlara imza atmaqdır. Bu hədəfin ən əhəmiyyətli addımı olaraq komandanın başına yeni gələn Slaven Bilice güvənirəm. Onun özünə və yeni transferlerimizə "xoş gəlmisiniz"-deyirəm".

Qeyd edək ki, Slaven bundan əvvəl Xorvat komandasının texniki direktoru olub.

Aynurə

Xəbər 851 dəfə oxundu.