"Honda ilə heç bir ilkin müqavilə imzalamamışıq"
"Milan"ın vitse-prezidenti Adriano Qalliani Rusiyanın MOİK klubunun yarımmüdafiəçisi Keysuke Hondanın mümkün keçidi haqda danışdı.

"Honda ilə heç bir ilkin müqavilə imzalamamışıq, necə olacağını zaman göstərər. Honda ilə o zaman maraqlana bilərik ki, hücum xəttində hansısa futbolçumuz komandanı tərk etsin".

Qeyd edək ki, daha öncə "rossonerililər"in Honda ilə 4 illik müqavilə bağlayacağı haqda məlumat yayılmışdı.

Xəbər 791 dəfə oxundu.