UEFA kubokunun püşkü atılacaq
İyulun 3-də İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun püşkatma mərasimi keçiriləcək.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Araz” mübarizəyə əsas seçmə mərhələdə qoşulacaq.

Bu mərhələnin oyunları 1-6 oktyabr tarixlərində təşkil olunacaq.

İlkin seçmə mərhələ:

“İlves Tampere” (Finlandiya), “Visla” (Polşa), “Grand Pro” (Bolqarıstan), “Stella Rossa” (Avstriya), “Nautara” (Litva), “Göteborg” (İsveç), “Vikinqur” (İslandiya), “Vrekham” (Uels), “Qentofte” (Danimarka), “Enkamp” (Andorra), “Hibernians” (Malta), “Fırat Üniversitesi” (Elazığ, Türkiyə), “Ali Demi” (Albaniya), “Baku Yunayted” (İngiltərə), “Şaumyan” (Ermənistan), “Pert Saltires” (Şotlandiya), “Tanqo” (Bosniya və Herseqovina), “Eden College” (İrlandiya), “Yedinstvo” (Monteneqro), “Minerva” (İsveçrə), “Hamburq Panters” (Almaniya), “Lekmaks” (Moldova), “Anji” (Estoniya), “Atina 90” (Yunanıstan), “Vegakameratene” (Norveç), “Sporting” (Fransa), “Zelezarec” (Makedoniya), “Asa Ben Gurion” (İsrail), “VitEn” (Belarus).

Əsas seçmə mərhələ:

“Ekonomaç” (Serbiya), “Nikars” (Latviya), Gyor ETO (Macarıstan), “Targu Mures” (Rumıniya), “Omoniya” (Kipr), “Lokomotiv” (Ukrayna), “Natsional” (Xorvatiya), “Şatelino” (Belçika), “Tulpar” (Qazaxıstan), “Litija” (Sloveniya), “Eyndhoven” (Hollandiya), “İberia Star” (Gürcüstan), “Marka” (İtaliya), “Araz” (Azərbaycan), “Slov-Matik” (Slovakiya), “Xrudim” (Çexiya).

Xəbər 959 dəfə oxundu.