Del Boske: "Braziliya qələbəyə layiq idi"
İspaniya milli komandasının baş məşqçisi Visente del Boske Konfederasiyalar Kubokunun finalında Braziliyaya məğlub olduqları (0:3) oyunu şərh edib.

Təcrübəli mütəxəssis bu qarşılaşmada şanssız olduqlarını deyib:

"Rəqib matçın 2-ci dəqiqəsində qol vurduqları üçün biraz şanslı idilər. Amma bu, bizim məğlub olmağımızın bəhanəsi deyil. Braziliya qazanmağa layiq idi və onları təbrik etməliyik".

Boske həmçinin bildirib ki, son oyun xaric turnirin digər matçlarında çox yaxşı təsir bağışlayıblar.

Xəbər 916 dəfə oxundu.