"Beşiktaş"dan daha bir transfer
Türkiyənin "Beşiktaş" klubu daha bir transfer reallaşdırıb.

Kolumbiyanın "Millonarios" klubunun futbolçusu Pedro Franka ilə beş illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı müdafiəçi 2009-cu ildən "Millonarios"da forma geyindiyi 105 matçda 8 qol vurub.

Əlavə edək ki, "qara qartal" daha öncə Fransanın "Renn" klubundan Mevlüt Ərdinçi transfer edib.

Xəbər 975 dəfə oxundu.