"İnter"in rəqibi yenə də uduzdu
Avroliqanın birinci təsnifat mərhələsində "İnter"in rəqibi olan "Mariehamn" Finlandiya çempionatında növbəti oyununa çıxıb. "İnter"in rəqibi 17-ci turun oyunu çərçivəsində səfərdə "MyüPa"nın qonağı olub. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Mariehamn" ölkə çempionatında ardıcıl ikinci yenilgisini alıb. "Mariehamn"ın yeganə qoluna qarşılaşmanın 3-cü dəqiqəsində Dieqo Assis imza atıb.

Xəbər 1034 dəfə oxundu.