Buffon: "Futbol dünyasındakı yerimizi sübut etdik"
Konfederasiyalar Kubokunda bürünc medalın sahibi olan İtaliya millisinin kapitanı Canluci Buffon Uruqvayla oyundan (3:2 penaltilər) sonra açıqlama verib.

Təcrübəli qapıçı qələbə ilə qürur duyduqlarını deyib: "Çətin bir matçda yaxşı oyun göstərdik. Mən də komandam üçün əlimdən gələni etdim. Futbol dünyasındakı yerimizi sübut etdik".

Qeyd edək ki, Buffon penaltilər seriyasında üç top saxlayaraq qalibiyyətin memarı olub.

Xəbər 1109 dəfə oxundu.