Prandelli Uruqvayla oyundan danışdı
"Rəqib komanda həmişə ən yaxşı oyunçulardan qurulub. Qalib gəlmək asan deyildi. Ona görə komandamı təbrik edirəm".

Bu sözləri İtaliya milli komandasının baş məşqçisi Çezarri Prandelli Konfederasiya Kubokunun bürünc mükafatı uğrunda Uruqvay yığması ilə oyundan sonra deyib.

Təcrübəli mütəxəssis oyun haqda isə bunları deyib: "İlk hissədə çox yaxşı oynadıq. İkinci yarıda tempi itirdik. Təbii olaraq rəqibimiz toparlandı. Penaltilər həmişə lotereya kimidir. Əlavə vaxtda fiziki cəhətdən zəifləsək də, oyunu qazandıq. Turnirə rəng qatan komanda olduq".

Qeyd edək ki, oyunun əsas və əlavə vaxtı 2:2 hesabı ilə bitib. Penaltilər seriyasında isə İtaliya yığması rəqibinə 3:2 hesabı lə qalib gəlib.

Xəbər 885 dəfə oxundu.