“Neftçi” almanları darmadağın etdi
Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama matçına çıxıb. Bakı klubu Almaniyanın III liqa təmsilçisi “Vaker Burqxauzen”lə qarşılaşıb.

Bakı vaxtı ilə saat 21.00-da başlayan oyun “Neftçi”nin üstünlüyü şəraitində keçib və təmsilçimiz 3:0 hesabı ilə qalib gəlib. Böyükağa Hacıyevin qapıçı Pavel Doroşevə görüşün ikinci yarısında şans verdiyini də diqqətinizə çatdıraq. Latviya millisinin “çərçivə” qoruyucusu artıq “ağ-qaralar”la müqavilə imzalayıb.

Xatırladaq ki, “Neftçi” ilk yoxlama oyununu Rusiyanın “Volqa” klubuna qarşı keçirib və 0:1 hesabı ilə uduzub.

“Neftçi” – “Vaker Burqxauzen” – 3:0

Qollar: C. İmaverdiyev,22 (1:0), B. Nasimov, 52 (2:0), N. Qurbanov, 60 (3:0)

Xəbər 949 dəfə oxundu.