Macarıstanlı velosipedçi: Azərbaycanda yüksək qonaqpərvərlik və xoş münasibət gördüm
«Səyahətə Budapeştdən başlamışam. Serbiya, Bolqarıstan, Türkiyə ərazilərindən keçmişəm. İndi də Azərbaycandayam. Buradan İrana, oradan isə Türkmənistana və Qırğızıstana gedəcəyəm. Sonra Rusiya, Ukrayna, Moldova və Rumıniyada olacağam. Bununla da 18 min kilometrlik məsafə qət edərək Macarıstana qayıdacağam».

İdman.com.az saytı avif.az-a istinadən xəbər verir ki, bu açıqlamanı dünya səyahətinə çıxan macarıstanlı velosipedçi Qidveqi Uştoş Pal deyib. Qonaq Azərbaycan xalqının səmimiliyinin, eləcə də ölkəmizin təbii gözəlliklərinin onda xoş təəssürat yaratdığını demişdir. «Sizin ölkənizdə harada dayandımsa, insanlardan ancaq yüksək qonaqpərvərlik və xoş münasibət gördüm».

Macarıstanlı velosipedçi Azərbaycanın hər yerində gedən böyük tikinti-quruculuq işlərinin onun diqqətini çəkdiyini də qeyd edib. Onu da əlavə edib ki, Macarıstanla Azərbaycanı 5 min kilometr məsafə ayırsa da, təbiətində oxşarlıqlar çoxdur.

Xəbər 1109 dəfə oxundu.