Əziz İldırımdan UEFA-ya ittiham
UEFA-nın «Fənərbağça»ya verdiyi cəzanın ardından klub rəhbəri Əziz İldırım təşkil etdiyi mətbuat konfransında səssizliyini pozub. İdman.com.az saytı xəbər verir ki, UEFA-nın demokratik olmadığını iddia edən komanda başqaı, UEFA üzərində təzyiq olduğunu eşitdiklərini və bunu edənləri də qısa zamanda açıqlayacaqlarını söyləyib:

Platini və Infantino hər yerdə «Bizim üzərimizdə təzyiq var» deyirdilər. «Kim edir bu təzyiqi, açıq-açıq söyləyin» soruşduq. Daha sonra açıqlayacaqlarını dedilər. UEFA-ya bu təzyiqi Türkiyədəki bəzi klubların etdiyini bilirik. 8-10 klubun lobbiçilik etdiyini bildirdilər».

Xəbər 945 dəfə oxundu.