"Çelsi": Kavani yoxsa Levandovski ?
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo gələn mövsüm üçün güclü hücumçu transfer etmək niyyətindədir. Portuqaliyalı çalışdırıcının əsas hədəfi Edinson Kavani olsa da, futbolçunun London klubuna gələcəyi haqda danışmaq çox tezdir. "Napoli" klubunun rəhbərliyi futbolçu üçün 63 milyon avro tələb edir və "Çelsi"nin bəzi təkliflərini rədd edib.

Bundan başqa, Kavani ilə Madrid "Real"ı da maraqlanır.

"Çelsi" yaxın vaxtlarda Kavaninin transferini həll edə bilməsə, Levandovski üçün danışıqlara başlayacaq. Polşalı hücumçunun Dortmund klubu ilə 1 illik müqaviləsi qalıb. "Zadəganlar" qarşı tərəfə 25 milyon funt, futbolçunun özünə isə həftədə 170 min funt təklif edəcək.

Xəbər 972 dəfə oxundu.