Bostondan daha 2 əfsanə ayrıldı
"Boston" və "Brooklin" komandaları genişmiqyaslı dəyişiklik həyata keçiriblər. Rusiyalı milyarder Mixail Proxorova məxsus Nets komandasına Kevin Qarnetlə Pol Pirs yollanıblar, həmçinin Bostondan Netsə Ceyson Terri də keçib.

Əks istiqamətə isə Tornike Şengeliya, Kris Hamfris, Redji Evans, Cerald Uolles və Kit Boqans yollanıb. Bu treydin nəticəsinə görə Boston 2014, 2016 və 2017-ci illərdə Bruklinin draftına sahib çıxıb. Rəsmi olaraq keçidlər iyulun 10-da təsdiqlənəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Qarnett və Pirsin baş məşqçi Dok Riversin ardınca Klippersə keçidi baş tutmamışdı.

Xəbər 1191 dəfə oxundu.