Alberto Cilardino "Bolonya"nı tərk etmək üzrədi
İtaliya millisinin hücumçusu Alberto Cilardino "Bolonya"nı tərk etmək üzrədi. Təcrübəli forvard "Roma"ya keçməyə yaxındı. Paytaxt klubu artıq 30 yaşlı futbolçu ilə müqavilənin bütün detallarını razılaşdırıb. Alberto ilə "Vilyareal" da yaxından maraqlanırdı. Lakin təcrübəli hücumçu karyerasını elə vətənində davam etdirmək qərarına gəlib.

Qeyd edək ki, son mövsümdə "Bolonya"da çıxış edən təcrübəli forvard meydana çıxdığı 36 oyunda 13 qol vurub və 3 məhsuldar ötürmə verib.

Xəbər 1005 dəfə oxundu.