PSJ-nin yeni baş məşqçisinin təqdimatı oldu
PSJ-nin yeni baş məşqçisi Loran Blan ictimaiyyətə təqdim edilib.

Keçirilən mətbuat konfransında klubun yeni çalışdırıcısı maraqlı açıqlamalar verib. Baş məşqçi Paris təmsilçisinin transfer etmək istədiyi ilk baş məşqçi olmamasına normal yanaşdığını deyib: "Razılığın rəsmiləşməsi biraz gecikdi amma önəmli olan odur ki, bu, baş tutdu. PSJ-nin ilk seçimi olmamağım problem deyil. Önəmli olan istənilən yerdə olmağımdır. Onsuzda futbol karyeram ərzində heç bir zaman birinci istənilən olmamışam".

Xatırladaq ki, L.Blanın son iş yeri Fransa millisi olub. O, 2012-ci ildə bu komandadan istefa verib.

Xəbər 949 dəfə oxundu.