Messi İspaniya hökümətinə daha 15 milyon avro ödəyəcək
"Barselona"nın hücumçusu Lionel Messi İspaniya hökümətinə daha 15 milyon avro ödəyəcək. Argentinalı futbolçu və onun atası ümumilikdə 25 milyon avro ödəməyə razılaşıblar ki, bu məbləğin də artıq 10 milyonunu ödəyiblər. Bu halda Lionel və onun atası məsuliyyətə cəlb olunmayacaqlar.

Xatırladaq ki, bir müddət əvvəl Lionel Messi və onun atasını vergidən yayındıqları və bu səbəbdən də həbs olunacaqları barədə xəbərlər yayılmışdı.

Xəbər 1027 dəfə oxundu.