UEFA daha iki klubu avrokuboklardan kənarlaşdırdı
UEFA "Beşiktaş" və "Fənərbaxça" ardından indi də iki Yunanıstan klubunu avrokuboklardan kənarlaşdırıb.

Qurumun Nizam - İntizam komitəsi Yunanıstanın “PAS Qiannina” və “Panatinaikos” klublarını ağır cəzalandıraraq, hər iki komandanı bir illik avrokubok oyunlarından kənarlaşdırıb.

Qeyd edək ki, UEFA bu qərarı Maliyyə Nəzarət Komitəsinin araşdırmasından sonra verib. Belə ki, “PAS Qiannina” və “Panatinaikos” UEFA-nın lisenziyalaşdırma və “Fair-play” qaydalarına əməl etməyib.

Xəbər 916 dəfə oxundu.