"İnter"in rəqibi darmadağınla üzləşdi
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter”in ilk təsnifat mərhələsindəki rəqibi “Mariehamn” komandası Finlandiya çempionatında növbəti oyununa çıxıb.

Doğma arenada turnir cədvəlinin lideri “Helsinki”ni qəbul edən komanda rəqibinə 0:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “İnter” – “Mariehamn” oyunu iyulun 4-də, saat 21:00-da “Bayıl Arena”da baş tutacaq.

Xəbər 862 dəfə oxundu.