Transferə ən çox pul xərcləyən 10 klub
2013/14 mövsümündən öncə klublar heyətlərini gücləndirməkdə davam edir. İndiyədək transferə ən çox pul xərcləyən 10 klub müəyyənləşib.
Birinci pillədə yenicə Fransa Liqa 1-nə vəsiqə qazanan «Monako» qərarlaşıb. Bu klub transferlərə artıq 130 milyon avro xərcləyib.

Neymar transferi ilə gündəmə gələn «Barselona» 70 milyon avrodan keçib. «Mançester Siti» isə 57 milyon 500 min avro ilə üçüncüdü.

1. Monako (Fransa) – 130 milyon avro
2. Barselona (İspaniya) – 70 milyon avro
3. Mançester Siti (İngiltərə) – 57 milyon 500 min avro
4. Bavariya (Almaniya) – 37 milyon avro
5. Çelsi (İngiltərə) – 22 milyon avro
6. Şaxtyor (Ukrayna) – 20 milyon avro
7. Portu (Portuqaliya) – 18 milyon 800 min avro
8. Benfika (Portuqaliya) – 18 milyon 350 min avro
9. Fənərbaxça (Türkiyə) – 17 milyon 250 min avro
10. Spartak (Moskva, Rusiya) – 15 milyon avro

Xəbər 1094 dəfə oxundu.