«Arsenal» Podolskini «Borussiya»ya satmadı
London «Arsenal»ının baş məşqçisi Arsen Venger forvardı Lukas Podolskini Dortmund «Borussiya»sına satmaq istəməyib. İdman.com.az saytının məlumatına görə, alman klubu «topçular»ın forvardına görə 10 milyon funt təklif edib.

Bu, londonluların özlərinin bir il öncə futbolçu üçün «Köln»ə ödədiklərindən bir milyon azdı. Çempionlar Liqasının finalçısı Podolskinin ötən mövsümkü çıxışından razı qalıb, ancaq futbolçu özü özünü «Emireyts»də göstərmək fikrindədir.

Xəbər 1100 dəfə oxundu.