Vilyanın agenti «Fiorentina»nın marağını təsdiqləyib
«Barselona»nın forvardı David Vilyanın agenti Vikto Onate «Fionertina»nın futbolçuya olan marağını təsdiqləyib. İdman.com.az saytının məlumatına görə, Onate həmçinin qeyd edib ki, rəsmi danışıqlar hələ başlanmayıb. Agent deyib:

«Rəsmi nədənsə danışmağa hələ tezdir. Lakin mən «Fiorentina»nın planlarından xəbərdaram. Klubun texniki direktoru Eduardo Masia ilə «Valensiya»da birgə işdən tanışam. «Fiorentina» əla mövsüm keçirib və daha da inkişaf etmək istəyir.

Əgər David «Barsa»dan getməyə qərar verərsə, biz ciddi layihə seçəcəyik. Vaxib deyil, bu İngiltərədə olacaq, ya İtaliyada». Fiorentina kataloniyalılara Vilya və Conatan dos Santos üçün 13 milyon avro ödəməyə hazırdılar.

Xəbər 816 dəfə oxundu.