"Xəzər Lənkəran" Almaniya klubu ilə qarşılaşacaq
Almaniyada yay təlim məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu günə səhər və axşam olmaqla iki məşq prosesi planlaşdırıb.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, səhər məşqində futbolçuları fiziki çalışmalardan azad edən Con Toşak əsasən taktiki hazırlıq planına uyğun tapşırıqlarını verib. Saat yarım sürən məşqin sonunda təcrübəli çalışdırıcı “Sabah çox güclü rəqiblə qarşılaşırıq. Sizdən bu oyuna məsuliyyətlə yanaşmanızı və maksimum zədələnmədən qorunmanızı istəyirəm” deyərək futbolçulara tapşırıqlarını verib.

Xatırladaq ki, sabah “Xəzər Lənkəran” Bakı vaxtı ilə saat 21:00-da məskunlaşdığı otelin futbol meydançasında Almaniyanın “İnqolştad” klubu ilə yoxlama oyunu keçirəcək.

Xəbər 848 dəfə oxundu.